Yaxşı bəs bu bitkilər böcək ovlamadanda yaşaya bilərlərmi ?
Bəli yaşayarlar. Ancaq inkişafları olduqca zəif gedəcək. Ayrıca bu şüuru deyil təbii nizamla olan prosesdir. Ət yeyən bitki kimi tanınan bu bitkilərin 600-dən çox növü elmə məlumdur.
Bəli yaşayarlar. Ancaq inkişafları olduqca zəif gedəcək. Ayrıca bu şüuru deyil təbii nizamla olan prosesdir. Ət yeyən bitki kimi tanınan bu bitkilərin 600-dən çox növü elmə məlumdur.
Venera bitkisi - Cazibəli qoxusu və cəlbedici rəngi olan bu bitkinin yarpaqlarının səthi tükcüclərlə örtülüdür. Veneranın ifraz etdiyi "şəkəri" tapan böcəklər bunu yeni qida mənbəyi bilir və bu bitkinin üzərinə qonur. Bu zaman tükcüklərə toxunan böcək özünü sözün əsl mənasında tələyə salmış olur. beləki tükcüklərin həkət etməsi ilə bu dəyişiklik tüklərin altında olan qəbuledicilərə ötürülür. Qəbuledicilərdə bu siqnalları yarpağın hər bir tərəfinə ötürür və bitki saniyənin 1/10 hissəsində ani olaraq bağlanır. Böcək içəridə nə qədər çırpınıb tüklərə toxunduqca bu proses o qədərdə güclənib daha çox bağlanır. Az sonra bitgi həlledici maye ifraz etmeye başlayır və böcək bitki üçün zəngin protein mənbəyinə çevrilir. Bu bitginin saniyədə 200 dəfə qanad çala bilən güclü əzələ quruluşuna malik ağcaqanadları belə həbs edə bilməsi hələdə elmə maraq olaraq qalır. Bu bitkinin digər maraqlı xusussiyyəti odurki məsələn tüklərə 2 dəfə ard arda toxunmadıqca bu bitki bağlanmır və beləliklədə bitkinin boş yerə yağış ya hər hansı ani toxunuşlara görə açılıb bağlanmasının qarşısı alınır.