Z.Digər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Z.Digər etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Xərçənglər

Host-un bir trackinda bir söz vardı. Deyirdiki  Artıq vətənpərvərlikdə dəb xətrinədi.. Bu söz yerində deyilmiş bir söz idi. Ama bizim bəzi ağzıgöyçəklər bu sözü əməlli başlı bayraq etdilər özlərinə əməllərində.  20 Yanvar günü sosial şəbəkələrdə gedən statuslara diqqətlə kənardan izləyirdim. Və həmin günü

Caps Necə hazırlanır ?

Salam dostlar. Saytımızdan bir istifadəçisindən caps necə hazırlanır deyə sual gəlmişdi. Yəqinki bunu çoxlarınız bilirsiniz. Ama aramızda bilməyənlər var deyə bu mövzu haqqında yazmaq qərarına gəldim. Yazmaq deyəndəki daha dəqiq sizin üçün bir video hazırlamaq qərarına gəldim. Caps hazırlamaq üçün

Qədir-Xum Bayramınız Mübarək

Bügün İslam dünyasının ən böyük Bayramlarından biri Qədir-xum Bayramıdır. Qədir Xum bayramı haqqında qısa məlumat verək. Beləki Sevgili Peyğəmbərimiz Həzrəti Muhəmməd (s.ə.v.v) hicrətin sonuncu ilində özünün son həccini yerinə yetirmək üçün yola çıxdı. Bu həcc zamanı Peyğəmbərimizlə birgə 120.000 vardı. Həcc mərasimi bitdikdən sonra qayıdarkən yolda Peyğəmbərimizə Allah tərəfindən bu ayə nazil olur:
   -   “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. (“Maidə” 67).
Bu ayə nazil olduqdan sonra Peyğəmbərimiz Qədir-xum deyilən çöldə karvanı saxladı. Dəvə yüklərindən düzəldilmiş hündür bir yerə çıxaraq Əvvəlcə həzrət Əli (ə)-ın fəzilətlərindən, onun barəsində nazil olan ayələrdən danışdı. Sonra isə bütün müsəlmanlara xitabən buyurdu: 

Ad günü Təbrik və mesajları

  • Yeni bir səhifəyə yeni gözəl hekayələr yazmaq diləyi ilə...  Nə yaxşıki doğdun
  • Doğum günün sənə tibbi təəccübləndirəcək dərəcədə sağlamlıq, mələkləri qısqandıracaq qədər xoşbəxtlik gətirsin.. Nə yaxşiki varsan ürəyim..
  • Fərqli olmalı bu mesaj. özəl bir insan gedir çünki. Gülümsəməli görüncə, nə yaxşıki varsan deyincə
  • Sən həyata nə verirsən oda sənə onu verirmiş. Görəsən mən həyata nə gözəllik verdimki səni mənə verdi ? Ad günün mübarək !
  • Keçmişə baxan gələcəyi görə bilməz. Gələcəyi görə bilməyən addımlaya bilməz. Həyatta həmişə əmin addımlarla irəliləmək diləyi ilə

Ölkələr və Paytaxtları

         A                                                                       B
Azərbaycan - Bakı                                                                            Belçika-Brüssel
Almaniya - Berlin                                                                              Banqladeş - Daka
Argentina - Buarnes-Ayres                                                               BƏƏ -  Abu-Dabi
Anqola -Luanda                                                                               Böyük Britaniya - London
Albaniya - Tirana                                                                              Bəhreyn - Manama
Andorra - Andorra la Vella                                                               Belarus -Minsk
ABŞ - Vaşinqton                                                                              Baham Adaları - Nassau
                                                                                                        Bolqarıstan  - Sofiya
                                                                                                        Boliviya - Sukre, La Pas (inzibati)

QuRBaN BaYRaMıNıZ MüBaRəK !

Bir azda istəyirəm sizinlə qurban bayramı haqqında danışaq. Qurban bayramının gözəlliklərindən, bəşəriyyətə verdiyi xeyrlərindən danışaq. İndi Ateistliyin dəbdə olduğu bir dövrdə bəzi ağzıgöyçəklər özlərini ağıllı hesab edib məhz bu gündə heyvanları müdafiə etmək yadlarına düşür. onlar bilirsiz kimlərdi ? yadınızda olar uşaq vaxtı məktəbdə testə başlammaışdan öncə Ya Allah yazıb testə başlayanlardiki  indi böyüyüb ateist olublar. Hər nəysə Atesitlərlə işimiz yoxdu. Biz öz bayramımızın üstünlük və gözəlliklərindən danışaq.

Maraqlı Faktlar...

- Cənubi Koreyanın paytaxtı Seul - Koreya dilində "Paytaxt" mənasını verir 

- İlk dəfə Benjamin Franklin Günəş işığından daha çox faydalanmaq üçün saat tətbiqini qurmuşdur

- Hazırda yeni qurulmuş ailələrin 100-də 50-si boşanır
- Asqırarkən burnu və ağızı bağlamaq iflic yarada bilir.

- Hər 25 adamdan biri asma xəstəsidir

- Hindistanda illik doğum sayı Avstraliyanın ümumi əhalisinin sayından daha çoxdur

- İnsan beyninin 80 %-i sudur

- İnsan bədənindəki ən güclü əzələ dildir

- Qitələrin Hamısının Baş hərfləri eyni adla başlayıb eyni adla bitir

- Havay əlifbasında 12 hərf var

- İnsan irəliyə doğru bir addım atarsa bu zaman insan bədənində 54 əzələ çalışar

- Norveçin şimalında hər yaz 14 həftə gecə gündüz günəşli keçər 

- Pinqvin üzə bilən ancaq uça bilməyən yeganə quşdur 

- Çirkli qar təmiz qardan daha asan əriyir

- Qütb ayıları solaxaydır 

- Mexiko şəhəri hər il 25 sm batır 

- Orta hesabla bir aysberqin çəkisi 20 milyon Ton olur

- Peruda ümumi tualet yoxdur

-  Orta hesabla Amerikada gündəlik 3 cins dəyişmə əmaliyyatı olunur

- Rusiyanın 1/4-i meşələrlə örtülüdür





Öz haqqını Qoru, Zalıma yem olma !

Bu mövzuda yenə 2013 prezdent seçkiləri ilə bağlı yazacam. Buna məqalədən çox çağırış deyərdim. Artıq seçkilərə 2 gün qaldı. Bu ilki seçkilərdə kim qalib gələcək yaxud nə dəyişəcək kimi suallara cavab axtarmaq fikrindən çox uzağam. Mənim bu çağırışda əsas hədəfim seçkilərdə iştirak etmək istəməyən kütlədir. Seçkidə iştirak etmək istəməyənlərində 2  əsas arqumentləri var, onlardanda biri budurki "onsuzda mənim səsimlə heçnə dəyişməyəcək. seçilən seçilib". Bəli razıyam sizinlə bu ölkədə demokratik bir seçkini mən bu yaşıma qədər nə görmüşəm nədə eşitmişəm. Ama bir azda gəl "sən seçkiyə getməsən nə olacaq ? " sualı ətrafında düşünək. Yəqinki hər biriniz Zalıma kömək etməyin elə onun zülmünə şərik olmağa bərabər olduğunu bilirsiniz. Heç düşünmüsənki sən seçkiyə getməməklə Zalımın zülmü üçün zəmin hazırlayırsan ? Necə ? qoy izah edim. Diqqət edin. Səs vermək sənin haqqındır və sən öz haqqından istifadə etməkdən imtina edirsən. Əla. Ama içinizdən kim çıxıb əminliklə deyə bilərki mən imtina etdim bununla hər şey bitdi və dolayı yolla heç kim mənim haqqımdan istifadə edə bilməz ? yəqinki heç kim. Çünki hamınız bu ölkədə olanlardan , zülmlərdən xəbərimiz var. Ona görə hər birinizi bu seçkilərdə fəal iştiraka səsləyirəm. Gedin öz layiq bildiyiniz Namizədə səs verin. 
   Seçkidə iştirak etmək istəməyənlərin arasında ikinci ən çox rast gəlidiyim arqument isə bunlar hamısı eynidir. hansı gəlirsə gəlsin heçnə dəyişməyəcək və bir azda pis olacaq. Bu fikir əsasən orta nəsil arasında yayılıb və qismən haqqlarıda var. Çünki ən çox şansı olan 2 namizəd varki biri 10 ildir hakimiyyətdədir və dəyişən heçnə yoxdur, digərinin isə özü yox sırf ətrafında olan iki insanın olması cəmiyyətdə bu insana qarşı qismən narazılıq yaradıb. Çünki onlarda nə vaxtsa hakimiyyətdə olub və ölkədə sabitliyi təmin edə bilməyiblər. Ama burdada bir əmma var.. Ola bilərki sən bu namizədlərdən heç birin layiq bilmirsən öz səsinə. Ama bu o demək  deyilki seçkiyə getməməlisən və öz haqqını kimlərəsə göz görə görə tapdatmalısan. Yəni qısa desək zalımların yemi olmalısan. Buna görədə mütləq deyil gedib hansısa namizədə səs verəsən. Əsas olan odurki imkan verməyin kimsə sizin haqqınızı yesin. Gedin seçki kağızını götürün cızma qara edin üstün. hamıya bir quş qoyun ya üstlərindən vurun getsin) qoy  sizin səsiniz etibarsiz sayilsin. ama heç kim sizin haqqınızdan istifadə edə bilməsin ! 9 oktayabr Hamı seçkilərə ! Öz haqqını Qoru, Zalıma yem olma !







Ginnesin Rekordlar kitabı

1. 1992-ci ildə Mike Heeman, 24 saat dayanmadan 12 min 682 lətifə və zarafat danışaraq Ginnesin rekordlar kitabına girdi.




2. Kanadalı bu gənc oğlan isə Ginnesin Rekordlar Kitabına düşmək üçün heç sınanmamış bir üsul tapdı. Bir  saat yarım ərzində bədəninə 1.000 dənə iynə batıraraq kaktus adam olma rekordunu qırdı.


3. Dünyada ən çox estetik əməliyyat keçirən insan adın Cindy Jackson daşıyır. O 53 yaş 47 ədəd estetik əməliyyatı keçirib... 3 dəfə üz dartılma, 2 dəfə burun əməliyyatı, 2 dəfə göz,  Liposuction, diz, bel, qarın, dodaq, çənə, dirsək, yanaq və daha bir neçə əməliyyat keçirən Jackson 1988-ci ildən bu günə qədər cəmi 47 əməliyyat keçirmiş.


4. 1997-ci ildə Şrilankadan olan bir gənc isə  76 saat 40 dəqiqə tək ayaq üstə dayanaraq maraqlı bir rekorda imza atıb


5 Dünyanın ən bahalı şirniyyatının qiyməti düz 25 min dollardı. İçində qızıl parçalarıda olan şirinin dadı isə qiyməti qədər deyil ama ) 

6. Corc Christen 7.5 saniyə dişiylə bu ağır masanı daşıyaraq Ginnesin rekordlar kitabına düşməyi bacardı

7. 22 il ərzidə bığlarını kəsməyən bu insan 3.81 metr uzunluğunda bığlarıyla dünya rekordunu qırdı







Qeyri-adi Qanunlar...

0




1.  İsveçrədə Bazar günləri Paltar asmaq qadağandır

2. Avstraliyada 18 yaşına çatmamış uşaqların siqaret alması qadağan, çəkməsi isə sərbəstdir

3. Sinqapurda Metroda saqqız  çeynəmək qadağandır

4. Kanadada Ağaclara dırmaşmaq qadağandır

5. Fransada Dəmiryolunda öpüşmək qadağandır.

6. Abş-ın Oklahama ştatında ayaqqabı ilə yatmaq qadağandır

7. Floridada at oğurluğunun cəzası edam dır

8. Alayskada  fotoqraf çəkmək məqsədi ilə yatmış ayını oyandırmaq qadaöandır

9. Taylandda Alt paltarsız gəzmək qadağandır

10. Şotlandiyada inək sahiblərinin sərxoş olması qadağandır

11.  Kanadada Yağış yağarkən çəmənliklər sulana bilməz

12.  İngiltərədə qadınların kütləvi nəqliyyat vasitələrində Şokolad yeməsi qadağandır





Təsadüfən milyonçu olanlar...

Yəqinki hər biriniz xəyalınızdan heç bir zəhmət çəkmədən milyonçu olmağı , həyatınızı dəyişməyi keçirmisiniz ) mümkünsüz kimi görünən bu hadisə əslində isə dünyada bir neçə şanslı insanın başına gəlib. Türklər demiş Darısı sizin başınıza )) Həmin şanslı olanlar isə aşağıdakı insanlardı:

Müstəqillik Sənədini tapan adam - Şəxsiyyəti açıqlanmayan bir Amerikalı , Adamstown da bir bazardan cəmisi 4 dollar ödəyərək cırıq bir tablo alır. Tablonu almasının səbəbi çərçivəsindən istifadə etmək imiş. Evə gəlib Tablonu Çərçivədən ayırarkən Şəkilin altından qaltlanmış və gizlənmiş bir kağız parçası tapdı. Tapdığı bu kağız parçası əslində Müstəqillik sənədinin rəsmi 500 kopiyasından biri idi. 1776-ci İldə Dunlap tərəfinfən möhürləndiyidə  arxasında yazılırdı. Bügünki günümüzdə yalnız 24  kopyası qalıb. 4 Dollara alınan bu sənəd Hərraca çıxarıldı və yeni sahibi 2.420.000 dollar ödəyən Donald J. Scheer oldu
 Zirzəmisində 140 il əvvələ aid Beyzbol katı tapan Qadın - Kaliforniyalı Bernice Gallego adlı 72 yaşlı bu qadın öz evinin zirzəmisində Amerikanın ilk beyzbol komandasının kartını tapır. Əgər bu qadının həyat yoldaşı Müdaxilə etməsəydi  1869 Cincinnati Red Stockings kartını internet üzərindən 10 $ 'a satılacaqdı. Kartın qarşısında bütün komandanın jelatin-gümüş, sepiya bir fotoşəkili vardı. Arxa qisimdə isə New York idman vəsaitləri istehsalçısı Peck & Snyder'ın qırmızı-ağ reklamı var. Gerçəkliyi sübut olunandan sonra 19-cu əsrdən qalan bu kart hərracda 75,285 $ 'a satıldı. 
Pollock Rəsim Əsəri - İncəsənətlə maraqlanan biri deyilsinizsə, bu əsər sizə rəngli, əyri xəttlərdən meydana gəlmiş kimi gələ bilər, lakin bir mütəxəssisə görə mücərrəd ekspresyonizmin ustası Amrikanın rəssam Jackson Poullock'un orijinal əsəridir. 1990-cı illərdə Kaliforniyada gəlir məqsədli ikinci əl malların satıldığı bir dükana girən Teri Horton küncdə kimsənin istəmədiyi bir tablo gördü. Təqaüdçü yük maşını şoferi olan qadın bu rəsimdən xoşlanmasa belə onu  gülünc gördüyü üçün iş yoldaşına almaq istədi. Qiyməti 8 $ olan Rəsm Əsərinə 5 $ verərək alan Horton yoldaşıyla pivə içərək tabloya dart oxları atmağı düşünürdü. Ancaq yoldaşlarından biri rəssamlıq kurslarına gedirdi. Adam şəkilə baxıb, "Əlində Jackson Pollock əsəri daşıyır ola bilərsən," dedi. Horton isə, "Pollock da kimin nəyidir?" cavabını verdi. Bu cümlə daha sonra 2006-ci ildə çəkilən sənədli filmin adı oldu. Sənədli filmdə qadının əlindəki tablonun Pollock əsəri olduğunu sübut etmə izləri izah edilirdi. Gerçəkliyi sübut olunan bu Əsərin qiymətinin 50 milyon dollar olduğu təyin olundu.
1.2 milyon dollar dəyərindəki Tablonu 30 Dollara Alan Qadın - Bir gün Hindistandakı bir boya firmasında çalışan adam bir neçə parça mebel və bir tabloya 30 $ verdi. Cədvəli alma səbəbi isə divarındakı dəliyi bağlamaqdı. Bir neçə il sonra Masterpiece adlı bir masa oyunu oynayarkən (oyunçular hərracda  təqdim  olunan sənət əsərlərinin sahibi olmağa çalışar) kartların birində öz tablosundakina bənzəyən çiçəklər olduğunu fərq etdi. Öz divarındakı əsərin, mənzərə və çiçək rəsimləri ilə tanınan amerikalı rəssam Martin Johnson Heade'nin tərzinə çox bənzədiyini gördü. Heade'nin rəsmi  əsərini saxlayan Manhattandakı Kennedy Galleries'e danışan adam, Əsərin "Magnolias on Gold Velvet Cloth" adıyla bilinən köhnə bir tablo olduğunu təsdiqlədi. Hyustondakı The Museum of Fine Arts 1999da bu Rəsmi 1.2 milyon dollara satın aldı.

Dünyanın Ən bahalı Maşınları

2013 cü il üçün  Ən bahalı maşınları...

1) Bugatti Veyron Super Sport: Son Dərəcə Şıx və sport stilli bu maşın 16 silindirlidir. 100 km məsafəyə 78L benzin istifadə edir. Qiyməti isə Möhkəm durun.. Tam 1.6 Milyon Funt sterling.
2) Koenigsegg Agera R: isveç firması tərəfindən hazılanmışdır. Sürəti təxminən saatda 440 km-ə çata bilir. Qiyməti təxminən 1.7 milyon dollar dəyərindədir.
3) Pagani Huayra:  Saatta 370 km gedən bu sport stilli maşın İtalyan fiması tərəfindən hazırlanmışdır. Qiyməti isə nə az nə çox 1 milyon Avro dəyərindədir.

4)Laferrari: bu gördüyünüz avtobilin qiyməti hələlik açıqlanmasada təxminən 1 milyon dollar olacağı gözlənilir.  499 ədəd istehsal olunub

5) Maybach Exelero: Dünyanın ən bahalı avtomobillərrindən biri olan bu avtomobilin çəkisi 3 ton ağırlığındadır. Qiyməti isə 5 milyon Euro.
6) SSC Tuatara: Çəkisi 1.1 ton olan bu avtombildən yalnız 100 ədəd Amerikan firması tərəfindən istehsal edilmişdir. Qiyməti isə 970.000 dolardır   
7) Saleen S7 Tvin Turbo:  Saata 400 km sürətlə hərəkət edə bilən bu maşının dəyəri 555.000 min dollardır. Amerika istehsalıdır. 

8) Ascari A10: Qiyməti 650.000 dollar dəyərində olan bu avtomobil  İngiltərə istehsalıdır.

9) Aston Martin One-77:  Dünyada sadəcə 77 ədəd olan bu avtomobilin qiyməti 1.85  milyon dəyərindədir. Sürəti saatta 350 km-3 qədər çatır.
 
10) Lamborghini Veneno: Bu avtomobil Lamborghini firmasının xüsusi olaraq hazırladığı bir avtomobildir. Sürəti saatta 355 km-ə çatan bu maşından dünyada sadəcə 3 ədəd istehsal olunub və 50 il üçün istifadəsi nəzərdə tutulub. Onuda qeyd edəkki Hələ təqdimatı keçirilməmişdən öncə artıq bu avtomobillər satılmışdı. Qiyməti isə 4 milyon dollar dəyərindədir. 
 














" Facebook qəhramanları "

Bu məqaləmi əslində  çoxdan yazmışam. 14 avqust tarixində. O vaxtlar sadəcə blogum yox idi və mən bu məqaləmi facebook  profilimdə eləcədə admin olduğum 1-2 səhifədə paylaşmışdım... İndi isə sizlərlə bölüşürəm...

Əla !!! " facebook qəhramanları" itə  zülm vermiş şəxsin cəzanlandırmasına nail oldu.. Həmin şəxs 500 Azn cərimələndi.. yo nəsə var deyəsən hüquqları müdafiə etməyi öyrənmişik.. Bu digərləri üçündə çox böyük ibrət olduki onlarda eyni səhvi təkrar etməsinlər.. hər kəs yerini bilsin ! biz demokratik ölkədə yaşayırıq. bizim ölkədə nəinki insanların hətta heyvanlarında hüqüqları var... dayann.. deyəsən mən nəsə səhv buraxdım. insan hüququ dedim.. ehh. hamisida sizin üzünüzdən. elə hay həşirə düşdünüzki özümü bir anlıq demokratik bir ölkədə zənn edib o boyüklükdə bir səhv buraxdım. sanki hər şeyin yerində, haqqsızlığa göz yumulmadığı bir ölkədə yaşayırmış kimi.. sonradan bəzi şeylər yadıma düşüncə o bir anlıq sevincdə getdi... o yazıq uşaq kim idisə uşaq idi UŞAQ ! axmaqlığına salıb özüdə bilmədən bir səhv idi etmişdi.. Bəraət qazandırmıram ama uşaqlığına görə ona keçmək olardı.. və ən böyük cəza kimi sadəcə televiziya ekranına çıxıb cəmiyyətdən etdiyi hərəkətə görə üzr istəyədə bilərdiki digərlərinə ibrət olsun. Ama nə oldu ? 500 azn cərimələndi.. O pulların hələ dövlət büdcəsinə gedib çıxması sual altındadı.. bəlkədə o pullarla indi hanısa məmur şellənəcək sizin hesabınıza. heç sizi yadınıza salıb sağolda deməyəcək + əgər o kababdan yeyərkən ayağına bir it ya pişik dolaşarsa onada bir tepik ilişdirib qovacaq yanından. Necədə olsa ətrafındakılarından heç kimin cəsarəti çatmayacaq onu qınamaya. axı o arxalı adamdı. bu uşaq isə sadə vətandaşın, ailə dolanışığın güclə təmin edən bir atanın övladı idi bəlkədə və bəlkədə o 500 Azn i ödəmək üçün valideyn min bir əzab əziyyətə düçar olacaq. Əslindəsə Neft ölkəsi olan Azərbaycanda elə 500 manatın tapılmaması elə xalqa edilən ən böyek zülmdürki hansıiki bu zülmü görmür və ya görüb görməməzlikdən gəlirik. indi burda bir sual yaranırki sizə nə olmuşdu hə ? elə düşmüzdünüzki üstünə sanki siz bütün haqqsızlara qarşı səsinizi çıxardıb dur demisiniz.. bəlkə etmisiniz mən bilmirəm ? yo əgər siz o haqqsızlıqlara dur deməyi bacarsaydınız indi İlkin Rüstəmli , Hacı taleh Bağırov, Hacı Abgül Süleymanov və.s kimilər zindanda olmazdı əzizlər. Gəlin bəzi şeyləri yada salaq. fevral ayında İsmayıllıda xalqa rezin güllə atan, mart ayında olan aksiyada Şəhid anasın yerdə sürüyən , xalqın üzərinə göz yaşardıcı qazla gələn o polislər və həmin polislərə bu əmri verənlərin cəzası nə oldu ? yaxşı bəs O hicab qadağası ? bu insan haqqlarına zülm deyilmi ? hicablı xanımın məktəb önündə gözü yaşlı qoyulması insan haqqlarına zülm deyilmi ? Bəs niyə susmusunuz vaxtında ? və ən pisidə hələdə susmağa davam edirsiniz.. axı siz 2-3 gün öncə itin müdafisəsinə qalxmışdınız.. Bəs insan haqqların niyə müdafiə etmirsiz hə ? yaxud insan haqqların müdafiə etmək nə zaman yadınıza düşəcək hə ? nəsə suallarımla çox yorub vaxtınızı almayım sizin hələ müzakirə ediləcək Nigar Koksalınız, Vəfa Zeynallınız var...

Maraqlı Faktlar

- Dahi sərgərdə olan Napoleon pişiklərdən qorxurdu
- İngiltərədə ən çox oğurlanan kitab Ginnesin Rekordlar kitabıdır
- Dünyada olan heyvanların 80 % i nin ayaqlarının sayı 6 dır.
- Bahamada Ər tapmaq istəyən qadınlar güllü paltar geyinirlər
- 180 dərəcə Şaxtaya dözə bilən tək canlı Pişikdir.
- Abş da insanların itlərinin yeməkləri üçün xərclədikləri pul öz yeməkləri üçün xərclədikləri puldan daha çoxdur.
- Arxaya uça bilən yeganə quş Kolibridir.
- Dəvədən daha çox susuzluğa dözə bilən canlı siçovuldur
- Həddindən artıq qida qəbul etmək eşitmək qabiliyyətini azaldır