Xərçənglər

Host-un bir trackinda bir söz vardı. Deyirdiki  Artıq vətənpərvərlikdə dəb xətrinədi.. Bu söz yerində deyilmiş bir söz idi. Ama bizim bəzi ağzıgöyçəklər bu sözü əməlli başlı bayraq etdilər özlərinə əməllərində.  20 Yanvar günü sosial şəbəkələrdə gedən statuslara diqqətlə kənardan izləyirdim. Və həmin günü
status yazanları 3 tipə bölmək olardı:
1 Vətənpərlikdən status yazanlar
2.  Həmin status yazanları qeyri səmimilikdə ittiham edənlər
3. Heçnə yazmayıb kənardan izləyənlər

3-cülərlə işim yoxdu.  Bu cəmiyyətdə  bu aurada bəzən susmaq ən gözəlidir.  1-cilərlədə işim yox , indi səmimi ya qeyri səmimi yazırlar, xatırlayırlar. Bunun harası pisdiki ?  Gələk bu 2-cilərə. Sizin məqsədiniz nədi  ? nə etmək istəyirsiz ? Bəzən özünüzü səmimi göstərmək istəyərkən çox  süni  göründüyünüzdən xəbəriniz varmı  ?  Elə danışırdınızki sanki siz bütün il boyu matəm saxlayırsız. Bu məqsədlə 20 yanvardan sonra  günlərlə sizin bloglarınızı, statuslarınızı, twitlərinizi izlədim. Çox ümidlə gözləyirdimki bəlkə nəsə tapam.. o danışdıqlarınızı dəyər verəcək nəsə. Ama yox, bizim məmurlar kimi sizdə ancaq danışmağı bacarırmışsız...  Onları vətənşüvənlikdə ittihamn edirdinizki guya onlar ancaq həmin gün vətəni yada salırlar. Ya siz ?  kimlərəsə qulp qoşmaqdan başqa bir iş bacardınızmı ? Siz bilirsiz nəyə oxşuyursuz ? Bilmirsinizsə qoy deyim. Xərçənglərin bir növü var. Bunlar o qədər cəld sürətlidirlərki onları ovlamaq çox çətindir. Ama bu xərçənglərin çox axmaq bir xüsusiyyəti var. Deməli bunları ovlamaq üçün Dənizə ağzı açıq, yeməklə dolu bir qəfəs qoyullar.  Və yemi görən xərçənglər qəfəsə daxil olur. Qəfəsdə yem qurtardıqdan sonra əgər xərçənglərin ordan çıxacağını gözləyirsinizsə yanılırsız. Əsla ordan çıxmırlar və ən pisidə çıxmaq istəyən xərçəngidə dişləyib falan edib imkan vermillər çıxsın.  Bax sizdə həmin xərçəng növündənsiz... Bu xususiyyət ümumiyyətlə bizim cəmiyyət üçün daha aktualdı. Kimsə qabağa gedəndə eqoizm içimizdə par par yanır... Danışanda azadlıqdan danışırsınız.. Azadlıq elə hər istədiyin sözü, hər ürəyindən keçəni etməklə məhdudlaşmır.. Öncə içinizi azad edin. Yəni cəmiyyəti dəyişmək istəyiriksə ilk öncə özümüzdən başlamalıyıq.