Mobil Telefonlar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Mobil Telefonlar etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

Bütün android sistemi ilə işləyən cihazların koddan açılması

Keçən mövzumuzda sizə andorid cihazlarının formatı haqqında qısa məlumat vermişdik. Həmin mövzu ilə BURDAN tanış ola bilərsiz. Ancaq həmin mövzuda misal olaraq Təkcə S4 modelinin format edilməsi haqqında yazmışdım. Bəs yaxşı digər modelləri necə format etmək və ya kodun necə sındırmaq olar ? bu mövzuda çalışacamki sizə bu barədədə ətraflı məlumat verim. Keçən mövzuda qeyd etdiyim kimi internetdə demək olarki hər bir andorid cihazının ayri ayriliqda necə format olunması  barədə  məlumat var , ancaq təəsüfki bu məlumatlar Azərbaycan dilində deyil. Ona görə mən sizə bu məlumatı necə əldə bilərik mövzusunda danışacam.

Android telefonları format etmək və ya koddan çıxarmaq

Bu mövzuda sizə Android telefonlar, planşetlerin kodun necə sindirmaq olar mövzusunda danışacam. Ümumiyyətlə bütün android sistemi ilə işləyən telefonlar ya planşetlər olsun əgər telefonun kodunu unutdun və bir neçə dəfə səhv daxil etsəniz telefon bloka düşür. Bəs bu koddan necə çıxarmaq olar ? Bunun üçün hansısa telefon mağazasına getmək lazım deyil. Günümüzdə internetdə olmyan bir məlumat yoxdu. Yəni istədiyiniz məlumatı internetdən tapa bilərsiniz. Ama təəsüfki Azərbaycan dilində bu barədə məlumat çox azdır. Ümumiyyətlə sizə bir məsləhət verim interden bir şey axtaranda Azərbaycan dilində yetərli məlumat tapmadınızsa onda türk , ingilis və ya rus dillərinə müraciət edin. Nəsə mövzudan çox uzaqlaşmayım. Öncədən onu deyimki əgər telefonun bloka düşdüsə və sən telefon mağazasına yaxınlaşdınsa bu sadə bir işə görə səndən ən az 5 azn alacaqlar və hətta daha çox ) 
   Demək olarki bütün android cihazlarda telefonu blokdan çıxarmaq üçün sizə telefonu kömpüterə qoşmaq lazım deyil. bunu sadəcə özünüz 2-3 knopkanın köməyi ilə edə bilərsiniz. Mən sizə Samsung Galaxy S4-ü necə blokdan çıxarmaq lazımdı onu izah edəcəm.
Koda düşmüş Samsung Galaxy S4 modelini koddan çıxarmaq üçün siz ilk öncə telefonun  nömrəsini və yaddaş kartını telefondan çıxarırsınız. sonra telefonun bateriyasini çıxardıb yenidən taxırsınız. Bateriyani yerinə taxdıqdan sonra SƏS UCALDAN (volume up) + Ev düyməsi (home, orta knopka) + ON/OFF (POWER (loru dildə desək söndürüb yandıran) ) knopkalarını üçündə bir yerdə basıb 7-8 saniyə saxlayırsız 



qarşınıza aşağıdakı şəkildə göstərdiyim yazılar  çıxacaq.  



Burda səs azladan knopka ilə "wipe cache partition" yazısının üstünə gəlib orta knopkanı knopkanı basırsınız. sonra isə "wipe data/factory reset" yazısının üstünə gəlib orta knopkanı basırsınız. Gələn yazılarda "Yes" sözün seçirik və bununlada demək olarki telefonumuz koddan açıldı və format olundu. lazım olan sadəcə "reboot system now" seçmək və telefonu işə salmaq.. Min deməkdənsə bir görmək daha yaxşıdı əlbəttə ) ona görə bu videonu izləyə bilərsiniz. 




Digər android cihazlarını format etmək haqqında BU MÖVZUDA










loading...


İOS 7 xəstəlik saçır

Bildiyiniz kimi bir neçə gün öncə , Sentayabr ayının 18-də Apple Yeni İOS 7 mobil əməliyyat sistemini istifadəyə verdi. Ama yeni istifadəyə verilməsinə baxmayaraq Artıq ABŞ-da başda olmaqla dünyanın bir çox ölkələrində bu sistem istifadəçilərini xəstə edir. Ürək bulantısı, baş ağrısı , baş gicəllənməsi və.s bu kimi narahatçılıqlara səbəb olan İOS 7 sistemində buna səbəb kimi mütəxəssislər məhsulun dizaynı ilə əlaqələndirillər. 
       Applenin dəstək səhifəsinə yazan bir müştəri cəmi 20 dəqiqə istifadə etdikdən sonra qusacaq hala gəldiyini bildirib. Mütəxəssislər bunun ekranın çox parlaq , ikonların düzülüşündən yarandığını bildirirlər. 
       Psixoloq Frederick Bonato İOS 7 nin köhnə versiyalarla müqayisədə animasiyalara və dinamik bir arxa fona sahib olduğunu bildirərək - ekran hərəkətliyinin narahatçılıqlar yarada biləcəyini açıqlayıb...