TeamViewer - uzaqdan Komputeri idarə etmək

Salam dostlar. Yəqin ki, bir çoxunuz dostunuza cihazında yaranmış problemi həll etməkdə kömək etmisiniz. Yaxud, əksinə. Əgər dostunuz yanınızdadırsa problemi həll etmək asandır. Yox əgər yanınızsa deyilsə, iş bir az qəlizləşir. Cümlə-cümlə nəyisə izah etmək insanı haldan salır. Hətta iş o həddə çatır ki, bir neçə dəqiqəyə həll oluna biləcək iş, yarım saata həll olur. Bəzən də ümumiyyətlə prosesdən bezərək işi yarıda qoymalı oluruq. Baxın, tam da bu zaman haqqında danışacağımız proqram köməyimizə gəlir.
Proqram sayəsində siz dostunuzu yanınıza gətirə bilməsəniz də, cihazını idarə edə biləcəksiniz. TeamViewer (ing. Team - komanda, Viewer - baxışı) adlanan proqram sizə unikal kod verir ki, bu kod vasitəsilə siz istənilən cihaz(lar)la bağlantı qura bilirsiniz. Bağlantı qurduğunuz cihazın ekranı sizin cihazın erkanında əks olunur və siz istədiyiniz əməliyyatı yerinə yetirə bilirsiniz. Hər bir cihaz üçün fərqli id kod olur və koddan əlavə olaraq təhlükəsiz bağlantı üçün 4 rəqəmli şifrə də verilir. Çox uzatmadan proqramın istifadə qaydasına baxaq. Cihazımıza uyğun versiyanı yükləməliyik. Əgər mobil cihaz istifadəçisiyiksə, proqram marketində (Play Market, İOS Store, Windows Store və s.) axtarış edib asanlıqla proqramı yükləyə bilərik. Yaxud, bu linkdən (https://www.teamviewer.com/en/download) cihazımıza uyğun versiyanı yükləyirik. Mobil telefonlarda proqramı quraşdırmaq kifayət edir. Lakin, kompüterlərdə proses bir neçə dəqiqə çəkə bilər. Uğurla əməliyyatı sonlandırdıqdan sonra proqrama daxil olaraq sizə verilən id kodu digər cihaza daxil edin. Şifrəni də həmin qaydada daxil etdikdən sonra cihazlar arasında bağlantı qurulacaqdır. Bu qədər sadə!

 TeamViewer kompüterdə necə quraşdırmalı?
- İzləyin: https://youtube.com/watch?v=PEkhB7RFt0o

 TeamViewer id kodumu necə öyrənim?
 - Mobil cihazlarda kodu öyrənmək üçün ayarlar düyməsinə (aşağı sağ küncdə) tıklayın, alt hissəyə gələrək id kodunuzu öyrənin.

 Bağlantı qurulmur. Niyə?
 - Ola bilər ki, internet çox zəifdir. Yaxud, əks tərəf internetə bağlanmayıb. Bunlardan heç biri deyilsə, id kodunu yoxlayın. Ən sonda yenidən quraşdıraraq cəhd edin.

 P.S.: Bağlantı yalnız iki cihaz arasında deyil, bir neçə cihazla da qurula bilər.

 Hələlik. Sizə bol TeamViewerlər :)




0 yorum:

Yorum Gönder