Facebook profilinizi virusdan təmizləmək

Salam. Bir çoxlarınızın yəqinki başına gəlib bilirsiz. Facebookta tez tez bu hallara rast gəlinir demək olarki. Birdə görürsənki sənin adından belə əcaib paylaşımlar edilir yaxudda bir status yazılıb dostlarınıda tağ edir ora. Yaxşı bəs bunun mənbəyi nədi ?
Mənbəyi sizin qoşularaq aktiv etdiyiniz uyğulamalardı.(appliacation) Bu viruslar əsasən Status bəyəndir, səhifə bəyəndir və.s kimi uyğulamardan keçir profilinizə. Bəs bunları necə təmizləmək olar ? bax bügün sizə ondan bəhs edəcəm.
Əgər sizin profilinizdən virus paylaşımlar edilirsə siz bu linkə https://www.facebook.com/settings?tab=applications daxil olaraq istifadə etdiyiniz uyğulamaları görə bilərsiniz. Burda gördüyünüz uyğulamalar arasında nə belə uyğunsuz app görürsünüzsə silin getsin. Bundan sonra profiliniz tamami ilə virusdan təmizlənəcək. Ama bəzən buda kömək etmir. Ona görəki bəzi uyğulamarda sizə nəyisə quraşdırmaq barədə sorğu gəlir və siz həmin zibili quraşdırırsınız. Və artıq həmin virus sizin brauzerinizə düşür. Həmin uyğulanı silsəniz belə 5 dəq sonra yenə orda  olur. Çünki artıq brauzerinizdədi kökü. Brauzerden necə təmizləmək olar  bəs ? Bunu növbəti mövzuda izah edəcəm.