Bu məqaləmi əslində çoxdan yazmışam. 14 avqust tarixində. O vaxtlar sadəcə blogum yox idi və mən bu məqaləmi facebook profilimdə eləcədə admin olduğum 1-2 səhifədə paylaşmışdım... İndi isə sizlərlə bölüşürəm...
Əla !!! " facebook qəhramanları" itə zülm vermiş şəxsin cəzanlandırmasına nail oldu.. Həmin şəxs 500 Azn cərimələndi.. yo nəsə var deyəsən hüquqları müdafiə etməyi öyrənmişik.. Bu digərləri üçündə çox böyük ibrət olduki onlarda eyni səhvi təkrar etməsinlər.. hər kəs yerini bilsin ! biz demokratik ölkədə yaşayırıq. bizim ölkədə nəinki insanların hətta heyvanlarında hüqüqları var... dayann.. deyəsən mən nəsə səhv buraxdım. insan hüququ dedim.. ehh. hamisida sizin üzünüzdən. elə hay həşirə düşdünüzki özümü bir anlıq demokratik bir ölkədə zənn edib o boyüklükdə bir səhv buraxdım. sanki hər şeyin yerində, haqqsızlığa göz yumulmadığı bir ölkədə yaşayırmış kimi.. sonradan bəzi şeylər yadıma düşüncə o bir anlıq sevincdə getdi... o yazıq uşaq kim idisə uşaq idi UŞAQ ! axmaqlığına salıb özüdə bilmədən bir səhv idi etmişdi.. Bəraət qazandırmıram ama uşaqlığına görə ona keçmək olardı.. və ən böyük cəza kimi sadəcə televiziya ekranına çıxıb cəmiyyətdən etdiyi hərəkətə görə üzr istəyədə bilərdiki digərlərinə ibrət olsun. Ama nə oldu ? 500 azn cərimələndi.. O pulların hələ dövlət büdcəsinə gedib çıxması sual altındadı.. bəlkədə o pullarla indi hanısa məmur şellənəcək sizin hesabınıza. heç sizi yadınıza salıb sağolda deməyəcək + əgər o kababdan yeyərkən ayağına bir it ya pişik dolaşarsa onada bir tepik ilişdirib qovacaq yanından. Necədə olsa ətrafındakılarından heç kimin cəsarəti çatmayacaq onu qınamaya. axı o arxalı adamdı. bu uşaq isə sadə vətandaşın, ailə dolanışığın güclə təmin edən bir atanın övladı idi bəlkədə və bəlkədə o 500 Azn i ödəmək üçün valideyn min bir əzab əziyyətə düçar olacaq. Əslindəsə Neft ölkəsi olan Azərbaycanda elə 500 manatın tapılmaması elə xalqa edilən ən böyek zülmdürki hansıiki bu zülmü görmür və ya görüb görməməzlikdən gəlirik. indi burda bir sual yaranırki sizə nə olmuşdu hə ? elə düşmüzdünüzki üstünə sanki siz bütün haqqsızlara qarşı səsinizi çıxardıb dur demisiniz.. bəlkə etmisiniz mən bilmirəm ? yo əgər siz o haqqsızlıqlara dur deməyi bacarsaydınız indi İlkin Rüstəmli , Hacı taleh Bağırov, Hacı Abgül Süleymanov və.s kimilər zindanda olmazdı əzizlər. Gəlin bəzi şeyləri yada salaq. fevral ayında İsmayıllıda xalqa rezin güllə atan, mart ayında olan aksiyada Şəhid anasın yerdə sürüyən , xalqın üzərinə göz yaşardıcı qazla gələn o polislər və həmin polislərə bu əmri verənlərin cəzası nə oldu ? yaxşı bəs O hicab qadağası ? bu insan haqqlarına zülm deyilmi ? hicablı xanımın məktəb önündə gözü yaşlı qoyulması insan haqqlarına zülm deyilmi ? Bəs niyə susmusunuz vaxtında ? və ən pisidə hələdə susmağa davam edirsiniz.. axı siz 2-3 gün öncə itin müdafisəsinə qalxmışdınız.. Bəs insan haqqların niyə müdafiə etmirsiz hə ? yaxud insan haqqların müdafiə etmək nə zaman yadınıza düşəcək hə ? nəsə suallarımla çox yorub vaxtınızı almayım sizin hələ müzakirə ediləcək Nigar Koksalınız, Vəfa Zeynallınız var...
Bloga Abunə ol
Ən çox oxunanlar
-
Bu mövzuda sizə Android telefonlar, planşetlerin kodun necə sindirmaq olar mövzusunda danışacam. Ümumiyyətlə bütün android sistemi ilə işl...
-
2 -3 gündür sosial şəbəklər "whatsappda blok oldum" sözü ilə yatıb durur. Bəs bu "BAN"-dan necə xilas olmaq olar ? siz a...
-
Salam dostlar. Bu məqaləni oxuyursunuzsa Bitcoin haqqında yəqinki anlayışınız var və bitcoinin bügünkü record dəyərindəndə xəbəriniz var yəq...
-
D İqqət ! bu yöntəm artıq işləmir. yeni yöntəm BURADA Ən çox soruşulan suallar arasında facebook profili necə sındırmaq olar sualı gəlir....
-
Salam dostlar. Bitcoin qazandıran saytlar 2017 mövzusunda söz verdiyimiz kimi sizə həmin saytlar haqqında bir bir ətraflı izah verməyə da...
-
Salam dostlar. Bügünki mövzumuz internetden pul qazanmaq mövzusunun davamıdır. Sizin üçün bundan sonra evdə pul qazanmaq mümkün olacaq. Daha...
-
Osmdroid Whatsapp plusun 6.76 antiban versiyası ardından 0.10 versiyasını yayımlayıb. Bu versiyanın özəlliyi ondadırki həm antiban sistemi i...
-
Bir dostumuz bizə bitcoinlə oynamaq üçün mərc saytı istəmişdi. Düşündükki bir çox mərc həvəskarı bunu istəyə bilər. Ona bgörə bügün sizlərə...
İstəklərinizi bizə facebook səhifəmizdən yaza bilərsiniz
0 yorum:
Yorum Gönder