Öz haqqını Qoru, Zalıma yem olma !

Bu mövzuda yenə 2013 prezdent seçkiləri ilə bağlı yazacam. Buna məqalədən çox çağırış deyərdim. Artıq seçkilərə 2 gün qaldı. Bu ilki seçkilərdə kim qalib gələcək yaxud nə dəyişəcək kimi suallara cavab axtarmaq fikrindən çox uzağam. Mənim bu çağırışda əsas hədəfim seçkilərdə iştirak etmək istəməyən kütlədir. Seçkidə iştirak etmək istəməyənlərində 2  əsas arqumentləri var, onlardanda biri budurki "onsuzda mənim səsimlə heçnə dəyişməyəcək. seçilən seçilib". Bəli razıyam sizinlə bu ölkədə demokratik bir seçkini mən bu yaşıma qədər nə görmüşəm nədə eşitmişəm. Ama bir azda gəl "sən seçkiyə getməsən nə olacaq ? " sualı ətrafında düşünək. Yəqinki hər biriniz Zalıma kömək etməyin elə onun zülmünə şərik olmağa bərabər olduğunu bilirsiniz. Heç düşünmüsənki sən seçkiyə getməməklə Zalımın zülmü üçün zəmin hazırlayırsan ? Necə ? qoy izah edim. Diqqət edin. Səs vermək sənin haqqındır və sən öz haqqından istifadə etməkdən imtina edirsən. Əla. Ama içinizdən kim çıxıb əminliklə deyə bilərki mən imtina etdim bununla hər şey bitdi və dolayı yolla heç kim mənim haqqımdan istifadə edə bilməz ? yəqinki heç kim. Çünki hamınız bu ölkədə olanlardan , zülmlərdən xəbərimiz var. Ona görə hər birinizi bu seçkilərdə fəal iştiraka səsləyirəm. Gedin öz layiq bildiyiniz Namizədə səs verin. 
   Seçkidə iştirak etmək istəməyənlərin arasında ikinci ən çox rast gəlidiyim arqument isə bunlar hamısı eynidir. hansı gəlirsə gəlsin heçnə dəyişməyəcək və bir azda pis olacaq. Bu fikir əsasən orta nəsil arasında yayılıb və qismən haqqlarıda var. Çünki ən çox şansı olan 2 namizəd varki biri 10 ildir hakimiyyətdədir və dəyişən heçnə yoxdur, digərinin isə özü yox sırf ətrafında olan iki insanın olması cəmiyyətdə bu insana qarşı qismən narazılıq yaradıb. Çünki onlarda nə vaxtsa hakimiyyətdə olub və ölkədə sabitliyi təmin edə bilməyiblər. Ama burdada bir əmma var.. Ola bilərki sən bu namizədlərdən heç birin layiq bilmirsən öz səsinə. Ama bu o demək  deyilki seçkiyə getməməlisən və öz haqqını kimlərəsə göz görə görə tapdatmalısan. Yəni qısa desək zalımların yemi olmalısan. Buna görədə mütləq deyil gedib hansısa namizədə səs verəsən. Əsas olan odurki imkan verməyin kimsə sizin haqqınızı yesin. Gedin seçki kağızını götürün cızma qara edin üstün. hamıya bir quş qoyun ya üstlərindən vurun getsin) qoy  sizin səsiniz etibarsiz sayilsin. ama heç kim sizin haqqınızdan istifadə edə bilməsin ! 9 oktayabr Hamı seçkilərə ! Öz haqqını Qoru, Zalıma yem olma !







0 yorum:

Yorum Gönder