Qədir-Xum Bayramınız Mübarək

Bügün İslam dünyasının ən böyük Bayramlarından biri Qədir-xum Bayramıdır. Qədir Xum bayramı haqqında qısa məlumat verək. Beləki Sevgili Peyğəmbərimiz Həzrəti Muhəmməd (s.ə.v.v) hicrətin sonuncu ilində özünün son həccini yerinə yetirmək üçün yola çıxdı. Bu həcc zamanı Peyğəmbərimizlə birgə 120.000 vardı. Həcc mərasimi bitdikdən sonra qayıdarkən yolda Peyğəmbərimizə Allah tərəfindən bu ayə nazil olur:
   -   “Ey Peyğəmbər, Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan. Allah səni insanlardan (onların fitnə və şərindən) qoruyacaq. Şübhəsiz, Allah kafirlərin dəstəsini hidayət etməz”. (“Maidə” 67).
Bu ayə nazil olduqdan sonra Peyğəmbərimiz Qədir-xum deyilən çöldə karvanı saxladı. Dəvə yüklərindən düzəldilmiş hündür bir yerə çıxaraq Əvvəlcə həzrət Əli (ə)-ın fəzilətlərindən, onun barəsində nazil olan ayələrdən danışdı. Sonra isə bütün müsəlmanlara xitabən buyurdu: 
  1. Sunen - Termezi;
  1. Istiab - Ibni Ebdul-birr;
  1. Keshful-beyan - imam Selebi;
  1. Tefsiri-kebir - Mehemmed Teberi;
  1. Tehzibul-esma - Ibni Sheref en-Nevevi ve.s 

- Ey müsəlmanlar mən Sizə sizin özünüzdən daha yaxın deyiləmmi ? 
Dedilər:
- Bəli ya Rəsulallah !
Bu vaxt sevgili peyğəmbərimiz Həzrəti Əli (ə)-in əlindən tutub yuxarı qaldıraraq buyurdu:
 " Mən kimi mövlasıyamsa (rəhbəri), Əlidə onun mövlasıdır !  İlahi ! Onu seveni sende sev, ona düşmən olana səndə düşmən ol. Ona kömək edən şəxsə səndə kömək et, onu zəlil etmək sitəyəni səndə zəlil et."
 Daha sonra üzünü müsəlmanlara tutaraq buyurdu: Gəlin Əliyə beyət edin..
Əli(ə)-a hamıdan öcə beyət edənlər Ömər, Əbu Bəkr, Osman, Təlhə, Zübeyr idi. Hansiki sonradan bu şəxslər beyətə xilaf çıxdılar. 
Bu hadisə 120-dən çox tarixçinin kitabında mötəbər sənədlərlə qeyd olunmuşdu. Onlardan bir neçəsini qeyd edirik:



Bizdə öz növbəmizdə bütün müsəlmanları Təbrik edirik.. Allah qəlbinizdən heç bir zaman Əhli beyt (ə) sevgisini əskik etməsin. Əhli beyt (s.ə) xatir İmam Zaman (ə.f) zühürunu tezləşdirsin inşallah. Amin...