2013 Przendent seçkiləri
Artıq seçkilərə nə əz nə çox cəmisi 9 gün qaldı. Hər seçki ilində olduğu kimi bu ildə köhnəlmiş yalan şüarları , formal namizdəliyin irəli sürmüş Namizədləri, qarşılıqlı ittihamları və təhqirləri görürük. Belə baxanda dəyişən bir şey yoxdur ortada. Artıq indidən kimin qalib gələcəyidə məlumdur hamınıza. Hərçənd müxalifət tərəfdən nə qədər nikbin fikirlər səslənsədə. Sadəcə dəyişən bir şey var. Sosial şəbəkələrdə gənclərin aktivliyi..Bu gənclərin çılğınlığı , haqqı bərpa etməyə çalışması təqdirə layiq haldır. Ama onların sayı nə qədərdi ? Səs küyə baxmayın Vallahi çox azdı. Əsgər ölümlərinə Son yanvar aksiyasını xatırlayın. Həmin eventə nə qədər insan qoşulmuşdu ? 16.000. Bu böyük rəqəmdi sizcə ? Əlbəttəki xeyr. Facebookda Azərbaycanlıların sayı 800.000 olduğu bir halda bu çox cüzi rəqəm idi. əgər 16000 insan haqqı deməyə çalışdısa (meydana çıxan sayı demirəm hələ) qıraqda qalan nə qədər idi bəs ? Bu eventdən xəbər olub gəlməyən 200.000 ə yaxın gənc var idi. Bəlkədə çox əzizlər. Bilirsinizmi niyə ? Çünki o saydıqların 30-40 % i ya hansısa iqtidar yönlü gənclər təşkilatının üzvüdü və qorxurdu mövqeyin itirər, ya tələbələtin çoxu universitetdən qovularam deyə yada gələcəkdə iş tapa bilmərəm deyə qoşulmadı bu eventə. qalan o 60% gənc nəsildəki öz işində idi. ya lİke vəhşisi olmaq üçün çalışırdı yada facedə qız tuturdu. Məlum məsələdirki seçki yolu ilə Hansısa Namizədin qalib gələcəyi çətinki mümkün olsun. Ancaq xalq ayağa qalxmalıdır. Bəs sizcə xalq ayağa qalxacaqmı ? xeyr. mən sən ayağa qalxmaqla nəsə dəyişməyəcək. Deyim sizə niyə. Çünki Bu muxalifətki var öz inamın artıq orta nəslin yanında çoxdan itirib. İsa Qəmbər Elçibəyin ayağının altın qazanlardan biri olub. O insanın müxalifət cəbhəsində yer alması heçdə onun haqqı demək anlamına gəlməz. O öz mənafeyi üçün çalışır. Mən əminəmki Əgər Cəmil Həsənli hakimiyyətə gələrsə bir müddıt sonra Cəmil Həsənlinin əleyhinə ilk fikirləri məhz İsa Qəmbər deyəcək. Çünki bu insanın fitrəri belə. El rasında bir söz vare filankəsin sifətindən Tülkülük yağır. Bax İsa Qəmbərin sifətindən məhz bu yağır. Ona görə xalqın böyük kütləsi bu insanlara inamır və yenə 92-93 cü illərin geri qayıtmasından qorxur. İndi bu sözlərimi oxuyanda yəqinki təəsüratınızda bir iqtidar nümayəndəsi fikrini formalaşdırdım ) Ama xeyr. Məndə sizin kimi demokratik ədalətli bir ölkədə yaşamaq istəyirəm. o saydıqlarımdan isə bu ölkədə heçnə yoxdur. Cəmil Həsənlinin Hakimiyətə gəlməyini çox istərdim. Ama İsa Qəmbərsiz..
Səhviniz var Bəy... İsa Bəy bu millət üçün çalışır. Onun oğluna ailəsinə olunan təzyiqlər buna bir sübütdur. Əgər xalqı üçün çalışmasaydı oda Etibar Məmmədov kimi bir kənara çəkilib öz işini görərdi
YanıtlaSil